Qadin.NET / Peçenyeli şokolad tortu (foto-resept)

Peçenyeli şokolad tortu (foto-resept)

Tərkibi:
- 700 qr peçenye (məsələn, Yubileynoye)

- 100 qr kərə yağı
- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 1/2 stəkan qatı xama
- 1/2 stəkan şəkər tozu
- 1 x.q. kakao-toz


Hazırlanması:
Yumşaq kərə yağı "squşonka" ilə çalınır. Peçenye ovulur, kremə əlavə olunur, yaxşı qarışdırılır.
Kütləyə forma verin (yumru, kvadrat).


Qlazur hazırlayırıq. Qazana xama, şəkər tozu və kakao tökürük, qarışdırırıq, vam odda qatılaşana qədər (təxminən 5-7 dəqiqə) bişiririk.
Torta qlazur çəkin və üzərini zövqünüzə görə bəzəyin.
Nuş olsun!

11 dekabr 2020
GO BACK