Tərkibi:
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 5 x.q. bitki yağı
- 1 stəkan (250 ml) qazlı su
- 3 ç.q. qabartma tozu
- 1 çimdik duz
- 4 iri alma
- yarım çay qaşığı darçın
- pudra (üzərinə tökmək üçün)
Hazırlanması:
Bir qabda un, qabartma tozu, duz, şəkər tozu, darçın qaşıqla yaxşı qarışdırılır.
Bitki yağı və qazlı su əlavə olunur, yaxşı qarışdırılır.
Formaya kərə yağı çəkin, bir az un səpin, soyulmuş və tikələrə doğranmış almanı düzün. (Almanın yerinə digər meyvə və giləmeyvələrdən də istifadə edə bilərsiniz.)
Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
Piroq soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!