Tərkibi:
- 12 ədəd qat-qat xəmiri (milföy)
- 1 banka qatılaşdırılmış süd
- 200 qr kərə yağı
- 1 paket vanilin.
Hazırlanması:
Qat-qat xəmiri tavada hər iki üzünü qurudun (bir qədər qızarmalıdır) və soyudun.
Yumşaq yağı ağarana qədər mikserlə çalın, hissə-hissə qatılaşdırılmış süd əlavə edin, çalın. Vanilin əlavə edin.
Qızardılmış hissələrin arasına krem çəkib üst-üstə yığın. Sonuncu lavaşı ovun, üzərinə tökün.
Nuş olsun!