Tərkibi:
3 yumurta
300 qr. şəkər tozu
400 qr. xama
600 qr. un
3 x.q. kakao
2 paket qabartma tozu
Vanil
Krem:
1 banka qatılaşdırılmış süd
200 qr. kərə yağı
100 qr. şokolad
Qlazur:
3-4 x.q. xama
3-4 x.q. şəkər
1 ç.q. kakao
Hazırlanması:
Yumurta,şəkər və vanili ağarana kimi çalırıq.
Xamanı da əlavə edib çalmağa davam edirik.
Daha sonra un, qabartma tozu və kakaonu (ələkdən keçiririk) əlavə edib qarışdırırıq.
Xəmiri 2 hissəyə bölüb ayrı-ayrı 180 dərəcə qızdırılmış sobada 20 dəq. bişiririk. Bişdikdən sonra kənarlarını kəsib sapla iki hissəyə bölürük.
Arada fasilə verib enerji üçün bitki çayı içməyi də unutmayın :)
Qlazuru hazırlamaq üçün xama,şəkər tozu və kakaonu qarışdırıb 5-6 dəq. vam odda bişiririk.
Kremi hazırlamaq üçün əvvəlcə şokoladı buxarda əridib soyuduruq.
Daha sonra yağ və qatılaşdırılmış südü krem halına gələnə kimi çalırıq və əritdiyimiz şokoladı da əlavə edib qarışdırırıq.
Sonda kekslərin arasına krem çəkərək üst-üstə yığırıq. Tortun üzərinə qlazuru yayıb xəmir ovuntuları səpirik.
Və tortumuz hazırdı.
Nuş olsun!