Qadin.NET / Qırmızı meyvəli keks (foto-resept)

Qırmızı meyvəli keks (foto-resept)

Tərkibi:

3 ədəd yumurta

1 st şəkər tozu

1 st süd

3/4 st günəbaxan yağı

1 st böyürtkən

1 st moruq

1 st doğranmış çiyələk

2,5 st un

1 paket qabartma tozu

1 paket vanilin


Üstü üçün:

200 qram küvertür şokolad

100 qram bitter şokolad

Hazırlanması:

Yumurtaları şəkər tozu ilə birlikdə şəkər tamamilə əriyənə qədər çırpın və qabardın.

Süd və günəbaxan yağını əlavə edin və yenidən çırpın.

Un, qabartma tozu və vanili əlavə edərək qarışdırın.

Meyvələri əlavə edin və qarışdırın. Hazırladığınızı keks qarışımını keks qəlibinə tökün.

Əvvəlcədən isidilmiş 175 dərəcə sobada, qabarıq rəng alana qədər bişirin. Sobadan çıxarıb otaq istiliyinə gələnə qədər gözləyin.

Əritdiyiniz şokoladları keksin üstünə tökün. İstəyə görə fıstıq və qırmızı meyvələrlə bəzəyin.

1 avqust 2020
GO BACK