Qadin.NET / Limonlu yay tortu (video-resept)

Limonlu yay tortu (video-resept)

Tərkibi:

3 ədəd orta boy yumurta

1 st şəkər tozu

1 st süd

1 st duru yağ

1 paket qabartma tozu

1 paket vanilin 

1 limon qabığı (sürtgəcdən keçirilmiş)

2,5 st un

Krem üçün:

1 paket süd kremi (200 ml)

1 paket toz krem şanti

1 paket labne (200 qram)

Limon sous üçün:

1 st limon suyu

4 y/q toz şəkər

2 y/q buğda nişastası

Servis üçün:

1 st hindistan qozu sürtgəcdən keçirilmiş

limon dilimləri

Hazırlanması:

Yumurta və toz şəkəri əlavə edərək qabarana qədər çırpın.

Süd, duru yağ əlavə edərək qarışdırın.

Un, vanil, limon qabığı və qabartma tozunu əlavə edərək çırpın.

20 smlik qəlibi yağlayıb keks qarışımını qəlibə tökün.

180 dərəcə əvvəlcədən isidilmiş sobada kek quru çıxana qədər bişirin.

Sobadan çıxan keksi otaq istiliyinə gələnə qədər saxlayın və qəlibdən çıxararaq eninə iki hissəyə bölün.

Krem üçün bütün ərzaqları dərin qab içinə qoyun və qatı köpük alana qədər çırpın və soyuducuya qoyun.

Limon sousu üçün limon suyu, nişasta və toz şəkəri orta dərəcədə bişirin və qazın üstündən götürüb soyumağa qoyun.

Kremi sıxma torbasına qoyun, yarısını ortası xəfif çuxur olacaq formada sıxın. Hazırladığınız limon sousu kremin ortasına tökün.

Keksi kremin üstünə qoyun və qalan kremi əlavə edin. Meyvələrlə bəzəyin.

23 iyul 2020
GO BACK