Qadin.NET / Yay tortu (foto-resept)

Yay tortu (foto-resept)

Tərkibi:

3 ədəd orta boy yumurta

1 su st toz şəkər

1 su st süd

1 su st duru yağ

3 y/q kakao

1 paket qabartma tozu

1 paket vanil

2,5 su st un

Krem üçün:

1 paket süt kremi (200  ml)

1 paket toz krem şanti

1 paket labne pendiri (200 qram)

yarım çay st pudra şəkəri

Keks arası və bəzəmək üçün:

çiyələk

ərik

şaftalı

gilas

kivi

Hazırlanması:

Yumurta və toz şəkər qabarana qədər çırpın.

Süd, duru yağı əlavə edərək qarışdırın.

Un, kakao, vanil və qabartma tozunu əlavə edərək çırpın.

20 cmlik qəlibi  yağlayıb keks qarışımını qəlibə tökün.

180 dərəcədə əvvəlcədən isitdiyiniz sobada kek quru çıxana qədər bişirin.

Sobadan çıxan keksi otaq istiliyinə gələnə qədər saxlayın, qəlibdən çıxararaq eninə iki hissəyə bölün.

Krem üçün bütün ərzaqları dərin qabın içinə qoyun və çırpın. 

Meyvələri yuyun və doğrayın.

Kremi krem sıxma torbasına qoyun, keksin arasına sıxın. Doğradığınız meyvələrin yarısını kremin üstünə səpin.

Kremin üstünə keksi qoyun və qalan kremi sıxın. Meyvələrlə bəzəyərək servis edin.

10 iyul 2020
GO BACK