Tərkibi:
2 ədəd böyük boy yumurta
2 çay st toz şəkər
1 çay st duru yağ
1 ç/q kərə yağı (olmasa da olar)
1 çay st qatıq
1 paket qabartma tozu
1 y\q limon qabığı (sürtgəcdən keçirilmiş)
1 su st çəyirdəyi çıxarılmış gilas
Sous üçün
1 limon
1 türk qəhvə fincanı toz şəkər
2 türk qəhvə finvanı su
Hazırlanması:
Yumurta və toz şəkəri qar kimi olana qədər çırpın.
Üstünə duru yağ, kərə yağı və qatığı əlavə edib çırpmağa davam edin.
2 su stəkanı unu və qabartma tozunu əlavə etdikdən sonra çırpın.
Sürtgəcdən keçirilmiş limon qabığını və gilasları əlavə edərək qarışdırın.
170 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 30 dəqiqə, sonra içi quru çıxana qədər 150 dərəcədə bişirin.
Kek bişərkən dilimlədiyiniz limona suyu və şəkəri əlavə edərək şərbət alına qədər qaynadın və qazın üstündən götürün.
Bişən keksi sobadan çıxarın və otaq istiliyinə gələnə qədər saxladıqdan sonra qəlibdən çıxarın.
Hazırladığınız sousu fırça ilə keksin üstünə çəkin, qalanı da üstünə gəzdirib servis edin.