Tərkibi:
3 ədəd yumurta
1 su st toz şəkər
1 su st kərə yağı
160 qram bitter və ya südlü şokolad (80 qramlıq iki paket)
1 su st un
2 y/q kakao
çiyələk
Hazırlanması:
Kərə yağını və şokoladı benmari üsulu ilə əridin. (buxarda)
Dərin kasada yumurta və şəkəri çırpın. Çırpanda yumurtanın qabarmasına diqqət edin.
Xəmirə şokolad və kərə yağı əlavə edərək qarışdırın.
Xəmir şokolada qarışdıqda kiçik soba qabına yağlı kağız sərin və qarışımı tökün.
Üstünə dilimdəyiniz çiyələkləri düzün.
Xəmiri qəlibə tökərək isidilmiş 160 dərəcəlik sobada 30 dəqiqə bişirin.
Otaq istiliyində olanda dilimləyərək servis edin.