Qadin.NET / Gilaslı tort (foto-resept)

Gilaslı tort (foto-resept)


Tərkibi:
1 ədəd hazır keks
1 ədəd qarışıq meyvəli sous
1 ədəd karamel sous
2 paket krem şanti
2 su st soyuq süd
1 kasa çəyirdəksiz gilas

Keksi islatmaq üçün:
1 fincan isti su
2 y/q qəhvə
2 y/q toz şəkər

Hazırlanması:
Krem şanti bıçaqla kəsiləcək hala gələnə qədər süd ilə çırpın, sonra soyuducuya qoyun.
İsti su, qəhvə və şəkəri fincanda qarışdırın, 2 qatını da qaşıqla isladın və soyuyana qədər saxlayın.
Gilasların çəyirdəklərini çıxarıb 2-3 hissəyə bölün.
İslatdığınız kekslərin altını servis qabına qoyun. Üstünə karamel sousu sıxın.
Karamel sousun üstünə hazırladığınız krem şantinin yarısını yayın və üstünə bir kasa gilas səpin.
İslatdığınız keksi gilasların üstünə qoyun. Qalan krem şantini üstünə yayın.
Bütün gilaslarla keksi bəzəyin və qarışıq meyvəli sous tökün.
Soyuducuda 2 saat saxlayın və dilimləyərək servis edin.

28 may 2020
GO BACK