Qadin.NET / Qaragilə keksi (foto-resept)

Qaragilə keksi (foto-resept)

 

Tərkibi:

2 y/q kərə yağı

1 st un

1 paket qabartma tozu

3 ədəd yumurta

1 st çiyələkli yoqurt (və ya sadə yoqurt)

1 stəkanın 4/3 qədər şəkər

1 su st təzə qaragilə

 

Hazırlanması:

İlk əvvəl kərə yağını qaba qoyub qazda əridib qırağa qoyun.

Daha sonra ayrı qabın içində unu və qabartma tozunu qarışdırıb onu da kənara qoyun.

Böyük kasanın içinə 3 yumurta və şəkəri əlavə edib çırpın.

Üstünə əritdiyiniz kərə yağını və çiyələkli yoqurtu əlavə edin, yenidən çırpın.

Sonra unlu qarışımı əlavə edin və qarışdırın.

Qaragilələri yavaş-yavaş qarışdırın və yağlı kağız sərilmiş qaba tökün.

30-40 dəqiqə içi çəkənə qədər əvvəlcədən isidilmiş 180 dərəcə sobada bişirin.

Qaragilə keksi (foto-resept)

 

 

 

11 aprel 2020
GO BACK