Tərkibi:
2 paket şokoladlı, portağallı pudinq
2 paket bisküvit
1 litr süd
1 su st fındıq
1 paket Bitter parça şokolad
üstü üçün:
1 ədəd portağal
10-15 ədəd çiyələk
toz fıstıq
istəyə görə şokoladlı sous
Hazırlanması:
Orta boy qazana toz pudinqləri əlavə edin, üstünə süd tökərək pudinqlər qatılaşana qədər bişirin.
10 dəqiqə otaq istiliyində saxlayın. İçinə fındıqları əlavə edərək qarışdırın.
Bisküvitləri qıraraq pudinqlərə əlavə edin və qarışdırın.
Parça şokoladları əlavə edərək qarışdırın.
Tart qəlibinə streç çəkin, qarışımı qəlibə tökün və streçlə örtün
Soyuducuda 6-8 saat saxlayın. Donan mozaik tortu qəlibdən çıxarın və istəyə görə bəzəyərək servis edin.