Tərkibi:
2 paket yulaflı bisküvit
9 y/q ərimiş kərə yağı
kremi üçün:
4 ədəd yumurta
1 böyük paket labne pendiri (400 qram)
1 qutu süd kremi (200 qram)
1 su st toz şəkər
1 paket ballı badamlı pudinq
Yumurtaların ağlarını çırpmaq üçün 1 y/q toz şəkər
üstü üçün:
150 qram bitter küvetür şokolad
30 qram fildişi küvertür şokolad
Hazırlanması:
Bisküvitləri blenderdən çəkərən un halına gətirin.
Əritdiyiniz kərə yağını bisküvitləri əlavə edərək qarışdırın, qaşıqla qəlibə bastıraraq yayın.
Hazırladığınız qarşımı soyuducuya qoyun və 15 dəqiqə gözləyin.
Pendirli qarışım üçün yumurta ağlarını və sarılarını ayırın.
Yumurta sarıları və 1 su stəkanı toz şəkəri, şəkəri əriyənə qədər çırpın.
Əriyən şəkərin üstünə labne, kremi əlavə edərək qarışdırmağa davam edin.
Başqa qabda yumuraların ağlarını 1 y/q qaşığı toz şəkər əlavə edərək qar halına gətirin.
Qabaran ağlara toz pudinqi əlavə edərək qarışdırmağa davam edin.
2 qarışımı bir-birinə spatula köməyi ilə altdan yuxarı doğru qarışdırın.
Qarışımı bisküvitlü təbəqənin üstünə tökün, əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40 dəqiqə bişirin. Bişən çizkeki soyuması üçün qırağa qoyun.
Otaq istilyinə düşən çizkeki soyuducuda 3-4 saat saxlayın.
Şokoladları ayrı qablarda benmari üsulu əridin.
Bitte şokoladı çizkekin üstünə yayın. Ağ şokoladı da qaşıq köməyi ilə tökün.
Çubuqla qarışdıraraq forma verin. Şokolad donduqdan sonra dilimləyərək servis edin.