Qadin.NET / Sevimli tort (foto resept)

Sevimli tort (foto resept)

Tərkibi:
100 qr. kərə yağı (otaq temperaturunda)
2 ədəd yumurta
1 banka qatılaşdırılmış süd
5 x.q. əla növ un
3 x.q. qarğıdalı nişastası (kraxmal)
2 x.q. kakao
Qabartma tozu 1 paket
Vanil

Hazırlanması:
İlk öncə yumurta yağla birlikdə çalınır.



Daha sonra qatılaşdırılmış süd əlavə edilir və çalınır.



Una nişastanı, qabartma tozunu,vanili əlavə edib bir neçə dəfə ələkdən keçirdirik, daha sonra qarışığa əlavə edib qarışdırırıq.



Alınan məhlulu iki hissəyə bölürük və bir hissəsinə kakao əlavə edib qarışdırırıq.



Yağlanmış listə töküb 180 dərəcədə 15-20 dəqiqə bişiririk. Bişmiş biskviti soyumağa qoyuruq.


İndi isə krem hazırlayaq. Mən hazır kremdən istifadə etdim.


Toz halında olan kemin üzərinə 250 ml süd töküb çalırıq.



Daha sonra üzərinə 2 x.q şəkər tozu əlavə edib bir də çalırıq.



Ən sonda üzərinə 50 qram yumşalmış kərə yağı əlavə edirik və çalırıq.



Krem hazırdır. Soyuducuya qoyuruq.


Soyumuş biskvitləri ortadan bölürük.



Biskvitlərin arasını kremləyərək hamısını üst-üstə yığırıq. Zövqə görə bəzəyirik.


Artıq tortumuz hazırdır.




P.S.  İstəyə görə tortun üzərinə şokoladlı qlazur da tökmək olar.
Nuş olsun!

21 noyabr 2011
GO BACK