Tərkibi:
5 yumurta (yumurtalar böyüksə 4 yumurta)
4 qəhvə fincanı şəkər (klassik türk qəhvəsi fincanı)
5 qəhvə fincanı un
1 çay st süd
2 y/q kakao
1 paket qabartma tozu
qəlibi yağlamaq üçün 1 qaşıq kərə yağı və ya marqarin
Arasına və üstünə
1 paket krem şanti
1 su st süd
1 çay st Hindistan qozu
1 paket şokolad sousu
3 qram bitter şokolad
arasına albalı mürəbbə dənələri
Hazırlanması:
Yumurta və şəkəri yaxşıca çırpın. Yumurtalar krem kimi olsun. Südü və kakaonu əlavə edib qarışdırın.
Az-az un və qabartma tozunu əlavə edib taxta qaşıqla qarışdırın. Ürək formasında olan qəlibi yağlayın. Hazırladığınız qarışımı qəlibə boşaldın və əlinizlə sallayaraq hər tərəfə bərabər yayın.
180 dərəcədə olan sobanı 40-45 dəqiqə bişirib, çöplə bişib-bişmədiyinizi yoxlayın.
Krem şantini soyuq südlə hazırlayın. İçinə Hindistan qozu əlavə edib qarışdırın və soyumağa qoyun.
Digər yandan şokolad sousun yarısını sous qabına boşaldın, süd miqdarının yarısını əlavə edib aşağı dərəcədə bişirin. Şokoladı kiçik hissələrə bölüb sousa əlavə edib, əridin.
Bişən keks soyuduqdan sonra ortadan iki parçaya bölün. 2-3 yemək qaşığı süd ilə keksi isladın.
Arasına krem şanti qoyub, albalı dənələri qoyub keksin üstünü örtün.
Şokolad sousu üstünə gəzdirib servis edin.