"Quş südü" tortu Azərbaycanın Sovet İttifaqına daxil olduğu illərin ən sevimli tortlarındandır. Nazik xəmir üzərindəki, şokoladla örtülmüş zərif suflenin təkrarolunmaz dadını yəgin çoxunuz xatırlayırsınız. Kifayət qədər uzun hazırlanma prosesi olsa da, ev şəraitində hazırlamaq mümkündür.
Tərkibi:
Xəmir üçün:
Un - 180 q
Şəkər tozu - 100 q
"Wellington" kərə yağı (yumşaq) - 200 q
Yumurta sarısı - 4 ədəd
Qabartma tozu - yarım paket
Vanel - 1 paket
Sufle üçün:
"Wellington" kərə yağı (yumşaq) - 120 q
Qatılaşdırılmış süd - 100 q
Vanel - yarım paket
Yumurta ağı - 4 ədəd
Aqar - 1 x/q (siləmə)
Şəkər tozu - 350 q
Limon suyu - 1 desert qaşığı və ya və ya limon duzu - 1/4 çay qaşığı
Üzəri üçün:
Qara şokolad - 80 q
Kərə yağı - 40-60 q
Qeyd 1: Bu tort üçün kənarları açıla bilən bişirmə qabının olmağı mütləqdir.
Qeyd 2: Tort iki varinatda hazırlana bilər: iki qat xəmirlə iki qat sufle və ya bir qat xəmirlə bir qat sufle. Mən iki qatlı hazırladım.
Hazırlanması:
Əvvəlcə yağ və şəkər tozunu mikserdə yaxşıca çalırıq.
Üzərinə yumurta sarılarını əlavə edib yenidən çalırıq.
Kənarda başqa bir qaba unu, qabartma tozunu və vaneli qarışdıraraq ələyirik.
Ələnmiş unu əsas kütləyə əlavə edib mikserin asta rejimində qarışdırırıq.
Ələ yapışan xəmiri bişirmə kağızı sərilmiş və yağlanmış tavaya yaxırıq. 180 dərəcəli sobada uzəri qızılı rəng olana kimi bişiririk.
Keçirik sufle üçün kremin hazırlanmasına. Kərə yağını, qatılaşdırılmış südü və vaneli mikserlə çalırıq.
Təxminən bu vaxtlarda artıq bişib soyumuş bir kökəni kənarları çıxa bilən tavaya yerləşdirib üzərini isladırıq. Digərini isə kənarda isladırıq. İslatmaq üçün adi şirədən və süddən istifadə edə bilərsiniz.
Aqarı suda islanmağa qoyuruq.
Yumurta ağlarını mikserlə bərk köpük alınana qədər (beze kimi) çalırıq, çalmağa davam edərək üzərinə kremi az-az və linon suyu ilə (və ya duzu) limonun sürtkəcin narın gözündən keçirilmiş qabığını əlavə edirik. (reseptdə qabıq yoxdur, öz əlavəmdir)
Bu proseslə eyni anda paralel olaraq suda isladılmış aqara şəkər tozunu əlavə edərək ocaqda kappuçinoya bənzər köpük əmələ gələnə kimi qaynadaraq şirə bişiririk.
Mikserdəki çalmanı dayandırmadan qaynar şirəni nazik axınla yumurta ağı olan qaba əlavə edirik. (Bu sufleyə şirə qaynar əlavə edildiyi üçün yumurta ağı çiy qalmır.)
Qeyd 3: Mikserlə yumurtanın çalınma vaxtı ilə, aqarlı şirənin tam hazır olma vaxtı eyni olmalıdır. Yəni yumurta ağı bərkiyib əlavələrini edən kimi şirəni əlavə etməliyik.
Əvvəlcədən kənarda islatdığımız ikinci kökəni də suflenin üzərinə yerləşdiririk.
Qalan sufleni də ikinci kökənin üzərinə boşaldıb hamarlayırıq. Soyuq yerdə ən azı 1-2 saatlıq gözlədirik.
Keçirik şokolad sousunun hazırlanmasına. Qırılmış şokoladı və kərə yağını su hamamına yerləşdirib (şokolad olan qabı, su olan başqa bir qaba yerləşdirib ocağa qoyuruq) əridirik.
Tort olan qabın kənarlarını açıb rahatlıqla tortu çıxarıb servis edəcəyimiz qaba qoyuruq. Üzərinə şokolad sousunu töküb hamarlayırırq. Arzuya görə şokoladla tortun təkcə üzərini və ya ətraflarını da örtə bilərsiniz.
Keçirik tortun bəzənməsinə. Əslində bu tortun üzəri sadə şəkildə şokoladla örtülmüş olur. İstəsəniz şəkillərdə göstərilən qayda ilə və ya öz fantaziyanıza uyğun şəkildə bəzəyə bilərsiniz. Bəzək üçün ya əridilmiş ağ şokoladdan, ya da suflenin hazırlanmasında istifadə etiyimiz kremdən bir az ayıraraq ondan istifadə edirik. Perqament kağızını konus şəklində büküb, ucunu nazik kəsərək tortun üzərinə istədiyimiz naxışı vururuq.
XƏBƏR LENTİ
Ukrayna neftimizi istəyir
Əzələlər və stress
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Sevgidə çətinliklər...
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Enli ətəkli şalvarlar
Qarağatlı piroq (foto resept)
Qiyməli pide (foto resept)
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Piylənmə və maddələr mübadiləsi sindromu
2018-in trend aksesuarları
Sitatlarımız - III hissə
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Göz rənginə görə göz qələmi seçimi
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Hazal Kaya gəlin olacaq-FOTO
“Xətai” stansiyası bağlandı
Ermənilər Ağrı dağ tamahı
Ən yaraşıqlı türk aktyorlar
2020 yay trendləri
İstirahət gününün HAVAsı
Səfərbərlik qaydasında dəyişiklik
Katsudzo Nişinin 6 qaydası - 3
Mərkəzi Aran rayonlarında günvurma problemi
Azərbaycanın caz əfsanəsi
Günün ulduz falı
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Toyota Camry-də yenilik var
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Fərqli badımcan turşusu (foto resept)
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Sabahın HAVAsı
Sevən qısqanarmı?!
Bu ərazidə iki gün işıq olmayacaq
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Sentyabr ayının qalibləri!
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
HAVA necə olacaq?-10 dekabr
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Gənc qalmağın sirləri
Kəs və yapışdır-9
Kiçik biznes qurmağın yolları
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Android üçün yeni servis olacaq
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Burcu Esmersoy qayınanasını izləmədən çıxartdı-FOTO
- ŞƏRHLƏR