Tərkibi:
175 qram kərə yağı
1 su st toz şəkər
1 ədəd yumurta sarısı
3,5 su st un
1 y/q qabartma tozu
yarım su st doşab
1 ç/q yarısı toz zəncəfil
1 ç/q darçın
1 ç/q ucu ilə toz mixək
Hazırlanması:
Şəkər və kərə yağı tamamilə bir-birinə qarışana qədər qarışdırın.
Qarışımın içinə 1 ədəd yumurta sarısı və yarım su stəkanı doşab əlavə edərək çırpmağa davam edin.
Qarışımı yoğurma qabına əlavə edin. Ələdiyiniz unu, qabartma tozunu və ədviyyatları əlavə edərək yoğurun.
Xəmir toplanıb qabdan ayrıldığında top halına gətirin və ortadan 2 hissəyə bölərək şəkildəki kimi streçləyərək soyuducuda 15 dəqiqə saxlayın.
Sərtləşən xəmiri təzgaha qoyub, oxlo ilə yarım santimetr qalınlıqda açın və qəliblərlə kəsin. Hazırladığınız biskuvitləri yağlı kağız sərilmiş listə aralı düzün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada 7-8 dəqiqə bişirin.
Sobadan çıxardığınız biskuvitlər soyuyana qədər gözləyin və servis qabına qoyun.