Qadin.NET / Piano keks (video-resept)

Piano keks (video-resept)

 

Tərkibi:

3 ədəd orta boy yumurta

3 türk qəhvəsi fincanı un (126 qram)

3 türk qəhvəsi fincan toz şəkər (201 qram)

1 türk qəhvəsi fincan su (68 qram)

1 paket qabartma tozu

2 y/q kakao

 

Keksi islatmaq üçün:

1 su st soyuq süd

 

kremi üçün:

300 ml süd

1 türk qəhvəsi fincan un (42 qram)

1 türk qəhvəsi fincan toz şəkər (67 qram)

1 paket vanil

1 paket krem şanti

1 su st süd

Piano keks (video-resept)

Hazırlanması:

Küks üçün yumurta və toz şəkəri köpük-köpük olana qədər çırpın, un və kakaonu əlavə edib çırpmağa davam edin.

Qabartma tozu və suyu əlavə edərək 1 dəqiqə daha çırpın və yağladığınız orta boy qabın içinə tökün.

Hazırladığınız keksi 160 dərəcədə əvvəlcədən isidilmiş sobada təxminən 30-35 dəqiqə içi quru çıxana qədər bişirin. (20-25 dəqiqə sonra çöp batıraraq yoxlayın).

Keks bişərkən kremin içinə süd, un, vanilin və toz şəkərini sous  qazanına əlavə edin. Orta dərəcədə qarışdıraraq bişirin. Sonra qazın üstündən götürüb, qarışdıraraq soyudun.

Keksdə çöplə dəliklər açdıqdan sonra 1 stəkan südü keksin üstündə gəzdirərək saxlayın. 1 stəkan soyuq süd ilə 1 paket toz krem şantini qatılaşana qədər çırpın. Çırpdığınız krem şantinin içinə sousu əlavə edərək qarışana qədər çırpın.

Südü içinə çəkən keksin üstünə kremi yayın.  

Hazırladığınız keksi soyuducuda minimum 2 saat saxlayın. Servis etmədən əvvəl üstünə kakao səpin və dilimləyərək servis edin.

 


 

 

14 dekabr 2019
GO BACK