Qadin.NET / Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)

Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)

 

Tərkibi:

1 su st sürtgəcdən keçirilmiş hindistan qozu 

yarım su st qoz 

yarım su st quru qaragilə

1 su st yulaf əzməsi

1 su st buğda unu

yarım su st zeytun yağı

1 ç/q karbonat

3 y/q bal

3-4 y/q su

Quru meyvəli, yulaflı, şəkərsiz bisküvit (video-resept)

Hazırlanması:

Sürtgəcdən keçirilmiş hindistan qozu, buğda unu və yulafı dərin kasada qarışdırın.

Karbonat, quru qaragilə, qozu əlavə edərək yenidən qarışdırın.

Zeytun yağı, bal və suyu əlavə edərək xəmiri sıxdığınızda dağılmayana qədər yoğurun.

Xəmiri istər əlinizlə istər dondurma qaşığı ilə porsiyalara bölün və yağlı kağız sərilmiş soba listinə düzün.

180 dərəcədə əvvəlcədən isidilmiş sobada 10 dəqiqə bisküvitlər qızarana qədər bişirin. 

İlıq və ya soyuq servis edin.

 

 

 


30 noyabr 2019
GO BACK