Qadin.NET / Darçınlı kök keksi (video-resept)

Darçınlı kök keksi (video-resept)

 

Tərkibi:

3 ədəd yumurta

1 ədəd orta boy kök

1 su st toz şəkər

1 paket şəkərli vanilin

1,5 ç/q darçın

1 paket qabartma tozu

1 su st qatıq

2,5 su st un

1 çay st duru yağ

 

bəzəmək üçün:

istəyə görə krem şanti

Darçınlı kök keksi (video-resept)

Hazırlanması:

Soyub sürtgəcdən keçirdiyiniz kökü qırağa qoyun.

Yumurtaları dərin kasada qırın. Üstünə toz şəkəri əlavə edərək, şəkər tamamilə əriyənə qədər çırpın.

Duru yağ və qatığı əlavə edərək çırpmağa davam edin.

Tamamilə qarışdıqda unu, vanilin və qabartma tozunu əlavə edərək çırpın.

Qarışım həll olduqda darçını və kökü əlavə edərək qarışdırmağa davam edin.

Kek qəlibini yağlayıb unlayın. Qəlibi tərs çevirərək unun artığını tökün.

Keks qarışımını qəlibə tökün.

180 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 30-35 dəqiqə bişirin.

Sobadan çıxarmadan əvvəl çöplə bişib-bişmədiyini yoxlayın. Dilimləyərək servis edin.

 

22 noyabr 2019
GO BACK