Qadin.NET / Bananlı rulet (video-resept)

Bananlı rulet (video-resept)

 

Tərkibi:

4 ədəd böyük boy yumurta

1 su st toz şəkər

1 su st un

 

İç kremi:

1 çay st un

2 su st süd

1 çay st toz şəkər

2 damla vanil

1 y/q kərə yağı

2 ədəd banan

 

üstü üçün:

3 y/q krem

yarım paket süd kremi

30 qram şokolad

2 y/q badam

Bananlı rulet (video-resept)

 

Hazırlanması:

Keks üçün yumurtaları kasada qırın. Toz şəkəri əlavə edərək çırpın.

Unun yarısını qabartdığınız yumurtalara əlavə edərək və altdan yuxarı doğru qarışdıraraq yedizdirin. Qalan unu da eyni formada əlavə edin.

Hazırladığınız qarışımı yağlı kağız sərdiyiniz soba listinə tökün və yayın. 170 dərəcə əvvəlcədən isitdiyiniz sobada 10-12 dəqiqə bişirin.

Kek bişərkən krem üçün südü, unu və toz şəkəri qarışdıraraq bişirin.

Kremə vanil və kərə yağı əlavə edərək çırpın, qazın üstündən götürün. Soyuduqda 3 yemək qaşığı qırağa qoyun.

Sobadan çıxardığınız keksin istiliyi azaldıqda yağlı kağızla birlikdə sarıyın.

Mətbəz bezi ilə sarıyaraq soyumağa qoyun. Keksi açın, içinə kremi çəkin. Bananları yerləşdirin və bükməyə başlayın. Yarısına çatanda qalan kremi də çəkib və sarıyın.

Bananlı rulet (video-resept)

Hazırladığınız ruletin iki tərəfinə forma vermək üçün bıçaqla kəsin.

Ayırdığınız kremi yarım paket süd kremlə çırpın və ruletin üstünə çəkin. 

Əritdiyiniz şokoladı kremin üstünə tökün və yayın. Badam səpib, dilimləyərək servis edin.

 

20 noyabr 2019
GO BACK