Qadin.NET / Ərikli keks

Ərikli keks

Ərikli Keks

 

Tərkibi:
  3 ədəd Yumurta
1 su st. toz şəkər
1 su st. süd
1 su st. bitki yağı
1 paket qabartma tozu
1 paket vanil
1 su t. ərik tumu
6 ədəd quru ərik
2 su st. un
Üzəri üçün:
Təzə ərik

Hazırlanması:
Yumurtaları qarışdırma qabına qırın. Şəkəri də əlavə edib yaxşıca çırpın. Südü və bitki yağını tökərək çırpmağa davam edin. Unu, qabartma tozunu, vanili və ərik tumlarini əlavə edin.

Xəmirin qatı olmasını istəsəniz 1 yemək qaşığı daha un əlavə edə bilərsiniz. Yağlanılmış keks qəlibinə qarışığı tökün. Üzərinə ikiyə bölünmüş gün qurularını ya da diləsəniz ikiyə bölünmüş və tumu çıxarılmış təzə ərikləri düzün.

Əvvəldən isidilmiş 170 dərəcəlik sobada qapağını açmadan bişirin. Bişən keksi xidmət qabına alın.
Nuş olsun!
22 may 2010
GO BACK