Qadin.NET / Zeytunlu, qozlu rahat-hulqum (foto-resept)

Zeytunlu, qozlu rahat-hulqum (foto-resept)

 

Tərkibi:

Zeytunlu, qozlu rahat-hulqum (foto-resept)

2 su st ilıq su

5 su st un

1 ç/q toz şəkər

1 paket instant maya (10 qram)

1 çimdik duz

yarım su st zeytun yağı

 

İçlik üçün:

150 qram zeytun

100 qram qoz

 

xəmiri açmaq üçün:

1 çay st zeytun yağı

 

üstü üçün:

yumurta sarısı

 

Hazırlanması:

2 su stəkanı ilıq suya  mayanı və şəkəri əlavə edərək qarışdırın. Mayanın aktiv hala gəlməsi üçün 10 dəqiqə gözləyin. (Maya köpürəcək)

Unu dərin qaba əlavə edin, ortasını açın, maya ilə qarışdırdığınız suyu, zeytun yağını və 1 çimdik duz əlavə edib yumşaq xəmir yoğurun. (Xəmir çox yapışqandırsa, yarım su st unu əlavə edə bilərsiniz.

Yoğurduğunuz xəmirin üstünü bağlayaraq 30-45 dəqiqə dincəldin.

Zeytunun çəyirdəklərini çıxarın və qozu doğrayın.

3 qatına çıxan xəmiri 3 hissəyə bölün. Yağladığınız yuxa yayana ilk parçanı qoyub üstünə biraz zeytun yağı çəkin və oxlo  ilə açın.

Açdığınız xəmirin üstünə qoz və zeytun səpərək rulet kimi burun. Bərabər formada kəsin.

Zeytunlu, qozlu rahat-hulqum (foto-resept)

Soba listinə yan-yana düzün.

Xəmirin üstünü örtərək 15 dəqiqə saxlayın.

Sobaya vermədən əvvəl yumurta sarısını fırça köməyi ilə ruletlərin üstünə çəkin. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada qızarana qədər bişirin.

Zeytunlu, qozlu rahat-hulqum (foto-resept)

 

3 noyabr 2019
GO BACK