Tərkibi:
130 qram kərə yağı
1 çay st pudra şəkəri ( 50 qram)
yarım çay st buğda nişastası (30 qram)
2 su st un (210 qram)
1 ç/q portağal qabığı (sürtgəcdən keçirilmiş)
1-2 damla vanil
üstü üçün pudra şəkəri
Hazırlanması:
Otaq istiliyində yumşaq kərə yağını yoğurma qabına qoyun.
Üstünə nişasta, pudra şəkəri, un, vanil və portağal qabığı əlavə edin.
Xəmir özünə gələnə qədər qabda yoğurun. 1-2 çay qaşığı kərə yağı əlavə edə bilərsiniz.
Xəmiri 20 bərabər hissəyə bölün və tək-tək yuvarlaq forma verib 3-4 sm aralıqlarla soba listinə yerləşdirin.
180 dərəcə əvvəlcədən isitdiyiniz sobada 15-17 dəqiqə altı qızarana qədər bişirin.
Sobadan çıxarandan sonra soyuması üçün qırağa qoyun.
Pudra şəkəri səpərək servis edin.