Tərkibi:
125 qram otaq istiliyində kərə yağı
120 qram toz şəkər (2 çay st)
1 y/q buğda nişastası (15 qram)
1 yumurtanın ağı
2 su st un
1 paket qabartma tozu (10 qram)
Albalı sousu üçün:
1,5 çay st çəyirdəksiz albalı
1 çay st albalı suyu
2 y/q toz şəkər
1 y/q buğda nişastası
Hazırlanması:
Albalı sous üçün bütün ərzaqları qazana əlavə edib, qarışdıraraq bişirin. Sousu soyuması üçün qazın üstündən götürün.
Otaq istiliyindəki kərə yağını çırpma qabına əlavə edin. Toz şəkəri və nişastanı əlavə edərək yaxşıca qarışdırın.
Yumurta ağını əlavə edərək şəkər əriyənə qədər qarışdırın.
Unu və qabartma tozunu əlavə edərək xəmiri yoğurun.
Xəmiri 5-10 dəqiqə qırağa qoyun. Sonra xəmiri 15 bərabər hissəyə ayırın.
Hər birini 3-4 sm aralıqla yağlı kağız sərili soba listinə düzün.
Baş barmağınızla bisküvitlərin ortasına çuxur açın. Albalı sousunu bir çay qaşığı ilə bisküvitlərin ortasına tökün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada 13-15 dəqiqə bişirin.
Bişən bisküvitləri otaq istiliyinə gələnə qədər gözləyib servis edin.