Tərkibi:
2 su st un
yarım paket qabartma tozu (5 qram)
2 y/q toz şəkər
1 çay st krem (100 ml)
50 qram kərə yağı
5 y/q doğranmış quru meyvə
Hazırlanması:
Un, toz şəkər, quru meyvə parçaları və qabartma tozunu qaba əlavə edərək qarışdırın.
Soyuducudan çıxardığınız kərə yağını kiçik-kiçik doğrayın. Kremlə birlikdə yoğurma qabına əlavə edin.
Xəmiri əlinizlə yoğuraraq (eynən tart xəmiri kimi) hazırlayın.
Soba listinə yağlı kağız sərin və xəmir oxlo ilə 1,5-2 sm qalınlığında dairə formasında açın.
Bıçaq köməyi ilə 8 yerə bölün.
190 dərəcə əvvəlcədən qızdırdığınız sobada təxminən 15-17 dəqiqə bişirin.
Bişən çörəkləri soyuduqdan sonra kağızdan ayırın və servis edin.