Tərkibi:
6-8 nəfərlik
100 qram kərə yağı (yumşalmış)
1 su st toz şəkər
3 yumurta
1 su st yarım un
yarım çay st süd
1 paket vanil
1 paket vanil
1 paket qabartma tozu
3 ç/q kakao
3 ədəd armud
1 çay qaşığının ucu ilə portağal qabığı (sürtgəcdən keçirilmiş)
Hazırlanması:
Otaq istiliyində yumşalmış kərə yağını və toz şəkəri krem halına gələnə qədər çırpın.
Yumurtaları tək-tək əlavə edərək çırpın.
Süd, un, kakao, qabartma tozu və vanil əlavə edin.
Portağal və limon qabığını sürtgəcdən keçirib əlavə edərək çırpın.
Kek qəlibini kərə yağı ilə yağlayın və unlayın.
Hazırladığınız qarışımı qəlibə tökün.
Yuyub quruladığınız armudları dik formada 3-4 barmaq aralıqlarla keks xəmirinin içinə oturdun.
180 dərəcə əvvəlcədən isidilmiş sobada kek xəmiri quru çıxana qədər təxminən 30-35 dəqiqə bişirin.