Qadin.NET / Şokoladlı və fındıqlı bisküvit (foto-resept)

Şokoladlı və fındıqlı bisküvit (foto-resept)

 

Tərkibi:

 

Şokoladlı və fındıqlı bisküvit (foto-resept)


 

2 paket bitter şokolad (160 qram)

yarım su st kərə yağı (75 qram)

1 ədəd böyü boy yumurta

yarım su st toz şəkər

1,5 su st un

1-2 damla vanil

yarım paket qabartma tozu

fındıq qırıqları

 

Hazırlanması:

Şokoladları əridin və otaq istiliyində kərə yağı ilə qarışdırın. 10 dəqiqə arada qarışdıraraq otaq istiliyinə gətirin.

Yumurta və toz şəkəri, şəkər əriyənə qədər çırpın. Şokoladlı qarışımın içinə əlavə edərək qarışdırın.

 

Şokoladlı və fındıqlı bisküvit (foto-resept)

 

 

Qabartma tozu, vanil və unu əlavə edərək sprautla qarışdırın. 

Dondurma qaşığı ilə yağlı kağız sərili soba listinə 4-5 sm aralıqlarla porsiyalara bölün.

Üstünə fındıq qırıqları səpin.

 

Şokoladlı və fındıqlı bisküvit (foto-resept)

 

 

170 dərəcədə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə qədər bişirin.

Otaq istiliyində olduqda listdən ayırın və servis edin.

 

Şokoladlı və fındıqlı bisküvit (foto-resept)

 

 

24 sentyabr 2019
GO BACK