Tərkibi:
100 qram kərə yağı
1 su st şəkər
2 ədəd yumurta
3/4 su st un
1 paket vanil
3 y/q kakao
üstü üçün:
Meyvə və pudra şəkəri ilə bəzəyə bilərsiniz.
Hazırlanması
Kərə yağını əridib soyumağa qoyun. Yumurta və şəkəri 5 dəqiqə qədər çırpın.
Un, vanil və kakaonu ayrı qabda qarışdıraraq yumurta-şəkər qarışımına əlavə edib,qarışdırın.
Son olaraq ilıqlaşan kərə yağını əlavə edin və qarışdırın.
22 smlik yuvarlaq qəlibi yağladıqdan sonra içinə tökün.
Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 20 dəqiqə bişirin.