Tərkibi:
125 qram marqarin (otaq istiliyində)
1 ədəd yumurta
yarım su st pudra şəkəri
3-4 ədəd doğranmış quru əncir
2 y/q hindistan qozu
1 paket qabartma tozu
2 su st nişasta
aldığı qədər un
Hazırlanması:
Böyük kasada marqarini, pudra şəkərini, yumurtanı, hindistan qozunu və qabartma tozunu qarışdırın. İçinə nişasta əlavə edərək yoğurun. Xəmir suyunu çəkənə qədər un əlavə edib yoğurun.
Daha sonra içinə əncirləri əlavə edərək qarışdırmağa davam edin. Hazırladığınız xəmirə əlinizlə forma verin, içinə əncir mürəbbəsi qoyun. 180 dərəcədə xəfif qızarana qədər bişirin.