Tərkibi:
125 qram kərə yağı
1 çay st duru yağ
1 çay st qatıq
1 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
1 su st manna
3 su st un
Üstü üçün:
1 kasa döyülmüş qoz
Şərbət üçün:
3 su st şəkər
3 su st su
Hazırlanması:
Şərbəti hazırlayıb soyumağa qoyun.
Digər ərzaqları qarışdırıb yumşaq xəmir əldə edin. Oxlo ilə xəmir açıb, çay stəkanı ilə dairəvi hissələrə bölün.
3 ədəd qoyub rulet kimi bükün və soba listinə düzün, 200 dərəcəlik sobada qızarana qədər bişirin.
Xəfif istiliyi keçdikdən sonra soyuq şərbəti tökün.