Tərkibi:
250 qram otaq istiliyində marqarin
1 çay st duru yağ
2 y/q pudra şəkəri
1 su st hindistan qozu
aldığı qədər un
1 su st darçın
1 st pudra şəkəri
Hazırlanması:
Pudra şəkəri və darçın istisna olmaq dərin qabda qarışdırın. Daha sonra unu yavaş-yavaş əlavə edərək yoğurmağa başlayın.
Fındıqdan biraz böyük parçalar götürüb yumrulayın. Xəmir bitənə qədər davam edin.
Hazırlanan xəmirləri soba listinə düzün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada xəfif çəhrayiləşənə qədər bişirin.
Sobadan çıxardıqdan sonra üstünə darçın səpərək soyudun.