Tərkibi:
1 su st duru yağ
4 təpələmə y/q pudra şəkəri
3 yarım su st un
Hazırlanması
Duru yağ və pudra şəkərini yaxşıca qarışdırın və unu yavaş-yavaş içinə əlavə edin.
5-10 dəqiqə ərzində qarışımı yaxşıca yoğurun.
Qoz böyüklüyündə hissələrə qoparıb, yağlı kağız sərili soba listinə düzün.
Üstünə çəngəllə cızıqlar atın.
Sobanı 150 dərəcə isidin, soba çox isti olmamalıdır.
Bisküvitləri sobaya qoyduqdan sonra dərəcəni 170 edin. Altı qızarana qədər bişirin.
Üstü ağ qalmalı olan bisküvitin bişmə müddəti 15-20 dəqiqədir.
Soyuduqdan sonra üstünə pudra şəkəri əlavə edin.