Qadin.NET / Kipr şirniyyatı (foto-resept)

Kipr şirniyyatı (foto-resept)

 

Tərkibi:

 

3 ədəd yumurta

yarım su st şəkər

yarım su st duru yağ

1 su st qaleta unu

1 su st qırılmış qoz

1 su st hindistan qozu

1 paket qabartma tozu

 

Krem üçün:

1 litr süd

1 su st nişasta

yarım su st şəkər

1 paket vanil

1 paket krem şanti

 

Şərbət üçün:

2 su st su

1,5 su st şəkər

1 paket vanil

 

Hazırlanması:

 

İlk əvvəl şərbəti hazırlayın. Keksi hazırlamaq üçün yumurta və şəkəri köpürdün. Daha sonra digər ərzaqları da əlavə edərək taxta qaşıqla qarışdırın.

Qabı yağlayın, hazırladığınız qarışımı qabın içinə tökün və 180 dərəcədə 30 dəqiqə bişirin.

Kremanı hazırlamaq üçün krem şanti üçün digər ərzaqları da qazana əlavə edin. Qarışım hazır olana qədər qarışdırın.

Kipr şirniyyatı (foto-resept)

Sonra qazın üstündən götürün və krem şantini toz halında əlavə edərək mikserlə çırpın.

Bişən keksin üstünə şərbəti əlavə edin. Daha sonra üstünə kremi əlavə edin.

Şirniyyatı soyuducuda 2 saat saxlayın. Daha sonra dilimləyərək servis edə bilərsiniz.

Kipr şirniyyatı (foto-resept)

 

17 iyul 2019
GO BACK