Tərkibi:
1 ədəd yumurta
1 çay st qatıq
1 çay st duru yağ
1 çay st süd
1 ç/q sirkə
yarım paket qabartma tozu
4-5 su st un
Qoz
Kərə yağı
Şərbət üçün
3,5 su st şəkər
4 su st su
1-2 damla limon suyu
Hazırlanması:
İlk əvvəl şərbəti hazırlayaraq başlayın. Qazana su və şəkəri əlavə edib qaynadın. Şəkər əriyənə qədər qarışdırmağı unutmayın. Qaynayan şərbətə limon suyunu əlavə edərək ilıqlaşması üçün kənara qoyun.
Qoz, nişasta və kərə yağı xaric digər ərzaqları xəmir halına gələnə qədər yaxşıca yoğurun.
Yumşaq xəmirdən 18-20 ədər kündə hazırlayın və yarım saat saxlayın.
İlk əvvəl 10 ədəd kündələri açın və üst-üstə qoyun.
Daha sonra 10 ədəd kündə açdıqdan sonra 1 ədəd də böyük açın.
Rulet kimi büküb barmaq genişliyində kəsir.
Şirniyyatın bir tərəfinə xəfif qoz əlavə edərək poğaçanı örtün.
Yağlanmış listə düzüb, 180 dərəcə sobada bişirin.
Bişən şirniyyata əridilmiş kərə yağını gəzdirib, üstünə soyuq şərbət tökün.