Tərkibi:
Xəmir üçün:
60 qram kərə yağı (otaq istiliyindı)
yarım çay st zeytun yağı
yarım çay st toz şəkər
1 ədəd yumurta
1 paket vanil
yarım paket qabartma tozu
2+1/4 su st un
Bəzəmək üçün:
1 y/q hindistan qozu və ya badam
Şərbət üçün:
1,5 su st toz şəkər
2 su st su
1-2 damla limon suyu
Üstü üçün:
yarım çay st manna yarması
Hazırlanması:
İlk əvvəl şərbəti hazırlayaraq başlayın. Qazana şəkər və suyu əlavə edib yaxşıca qarışdırın. Sonra qaynayana qədər qarışdırın. Qaynayan şərbətə limon suyu əlavə edərək altını söndürün və soyuması üçün kənara qoyun.
Xəmir üçün lazım olan ərzaqları yoğurun. Ələ yapışmayan və yağlı xəmir əldə edəcəksiniz.
Yuvarlaq soba listinə bişirmə kağızı sərin. Daha sonra xəmirdən qoz böyüklüyündə parçalar qopardaraq, ovucunuzda yuvarlayın. Sonra manna yarmasına batırın.
Ovucunuzda xəfif bastırıb badam forması verin. Xəmirə forma verdikdən sonra bıçağın tərsi ilə ortasına çox dərin olmayan dəlik açın.
180 dərəcədə sobada, üstü qızarana qədər təxminən 25 dəqiqə bişirin.
Şirniyyatlar sobada çıxdıqda 1-2 dəqiqə gözləyin və şirniyyatları başqa qaba qoyun. Şirniyyat isti halda üstlərinə soyumuş şərbəti gəzdirin və canına çəkənə kimi gözləyin.
Soyuduqdan sonra ortadakı hissəyə hindistan qozu və ya badam qoyun.