Qadin.NET / Üzümlü keks (foto-resept)

Üzümlü keks (foto-resept)

 

Tərkibi:

3 ədəd yumurta

1 su st toz şəkər

yarım su st quru üzüm

yarım su st qatıq

yarım su st günəbaxan yağı

2 su st un

1 paket vanil

1 paket qabartma tozu

 

Hazırlanması:

Dərin qabın içinə yumurta və şəkəri əlavə edərək, köpük-köpük olana qədər qarışdırın.

Qalan ərzaqları yavaş-yavaş içinə əlavə edərək, homogen hala salın. 

Ən son quru üzümləri əlavə edin. Yağlanmış keks qəlibinə qarışımı tökün, üstünü düzəldin. 


170 dərəcə sobaya keksi qoyaraq 40 dəqiqə bişirin.

Saxladıqdan sonra dilimləyərək servis edə bilərsiniz.

Üzümlü keks (foto-resept)

23 aprel 2019
GO BACK