Tərkibi:
yarım su st qatıq
yarım su st duru yağ
1 ədəd yumurta
1 su st manna yarması
1 su st un
1 paket vanil
1 paket qabartma tozu
istəyə görə portağal qabığı (sürtgəcdən keçirilmiş)
Şərbət üçün:
2 su st su
2 su st toz şəkər
Hazırlanması:
İlk əvvəl şərbəti hazırlamağa başlayın. Dərin qazanda şəkərlə suyu qarışdırıb qaynadın. Qaynayan şərbəti ilıqlaşması üçün qazın üstündən götürün.
Xəmiri hazırlamaq üçün dərin qabın içinə qoyun və yoğurun.
Ələ yapışmayan xəmirdən qoz böyüklüyündə parçalar alıb yağlı kağız sərili listə düzün, 180 dərəcədə xəfif qızarana qədər bişirin.
Bişən şirniyyatları listə düzüb, şərbəti tökün.
Şərbəti canına çəkdikdən sonra servis edə bilərsiniz.