Tərkibi:
125 qram kərə yağı
4 ədəd yumurta
1 su st pudra şəkəri
1 su st un
yarım su st toz badam
1 paket vanil
1 kasa dondurulmuş albalı
Hazırlanması:
Qarışdırma qabının içinə pudra şəkərini və otaq istiliyində saxlanılmış kərə yağını əlavə edərək qarışdırın.
Daha sonra yumurtaları bir-biri əlavə edib qarışdırın.
Qalan ərzaqları da ayrı bir qabın içində qarışdırıb, yumurtalı içliyin içinə yavaş-yavaş əlavə edərək bütün ərzaqların bir-birinə qarışmasına diqqət edin.
Albalıları süzgəcə qoyub suyunu süzün. Sonra yağlanmış keks qəliblərinə hazırladığınız qarışımı tökün. Üstünə iki ədəd albalı əlavə edin.
Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada qızılı rəngini alana qədər, təxminən 20 dəqiqə bişirin. Soba fərqinə görə bişmə müddəti dəyişə bilər. Bişib-bişmədiyini yoxlayın. Bişən keksləri qəlibdən çıxarıb servis edə bilərsiniz.