Lazım olan ərzaqlar:
200 q xama
6 yumurta
300 q şəkər tozu
200 q yağ
apardığı qədər un
kakao, vanil, qabartma tozu
Qlazur üçün lazım olanlar:
1 x\q yağ
2 x\q sud
vanil
Hazırlanması:
Əvvəlcə yumurtaları ağaranacan çalırıq.
Sonra şəkəri əlavə edib yenə çalırıq.
Qarışdırmağa davam edə-edə uzərinə yumşalmış yağı,
sonra xamanı,
vanili, qabartma tozunu ve kakaonu,
sonda isə ələnmiş unu əlavə edib qarışdırırıq.
Xəmir boş olmalıdır.
İsti tavanı acza yağlayıb,xəmiri ora əlavə edib, əvvəlcədən 180 dərəcədə isitdiyimiz sobaya qoyuruq (bişməyini həmişə olduğu kimi cöplə yoxlayırıq).
Keks bişməyində olsun, biz də qlazuru hazırlayaq. Ərzaqları tavaya tökub,vam xodda bişiririk.
Keks bişəndən sonra qlazurla istədiyimiz kimi bəzəyirik.Mən 2 cur bəzədim.
Üzərinə şəkər tozu səpdim.Keksimiz hazırdır. NUŞ OLSUN!!!