Qadin.NET / "Qumlu" keks (foto resept)

"Qumlu" keks (foto resept)

 

Tərkibi:

Keksi islatmaq üçün:

1 su st süd

Kremi üçün

3 su st süd

1 su st toz şəkər

2,5 y/q buğda nişastası

2 y/q kakao

80 qram südlü şokolad

1 y/q kərə yağı

Üstü üçün:

yarım paket bisküvit

Keks üçün:

4 ədəd yumurta

1 su st toz şəkər

1 su st duru yağ

yarım su st süd

2 y/q kakao

1,5 su st un

Hazırlanması:

Dərin qabın içində yumurtaları və şəkərləri köpürənə qədər qarışdırın. Sonra yağı və südü əlavə edib, təkrar çırpın.

Qarışımın içinə un, kakao və qabartma tozunu əlavə edib mikserlər təkrar qarışdırın, keks xəmirini kənara qoyun.

Xəmiri dibi yağlanmış orta və ya kiçik boy dördbucaq qəlibə tökün və əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 30 dəqiqə ərzində bişirin.

 

"Qumlu" keks (foto resept)

Keks bişənə qədər kremi hazırlaya bilərsiniz. Krem üçün südlü bir qazana əlavə edin. İçinə şəkər, nişasta və kakaonu əlavə edin. Qazı yandırıb, davamlı qarışdıraraq tündləşənə qədər bişirin.

 

"Qumlu" keks (foto resept)

Tündləşənə qədər qazın altını söndürün və içinə şokoladlı kərə yağını əlavə edin.

Kərə yağı ilə şokolad əriyənə qədər davamlı qarışdırın.

Bişən keksi sobadan çıxarıb 5 dəqiqə gözləyin. Daha sonra üstünə südü gəzdirin.

Sonra hazırladığınız kremi üstünə tökün və üstünü düzləşdirin.

Bisküvitləri blenderdən keçirib üstünə səpin. Soyuducuda 3-4 saat gözləyin sonra dilimləyərək servis edə bilərsiniz.

 

"Qumlu" keks (foto resept)
Nuş olsun!

 

22 fevral 2019
GO BACK