Qadin.NET / Kakaolu keks (foto resept)

Kakaolu keks (foto resept)

 

Tərkibi:

3 ədəd yumurta

1 su st toz şəkər

1 su st süd

1 su st günəbaxan yağı

2 y/q kakao

1 paket vanil

2,5 su st un

1 paket qabartma tozu

 

Krem üçün:

3 su st süd

2 y/q yarım un

2 y/q nişasta

4 y/q toz şəkər

1 paket vanil

2 y/q kakao

2 qaşıq kərə yağı

2 ədəd südlü şokolad 

 

Hazırlanması:

Şəkər və yumurtaları bir qabın içində köpürənə qədər çırpın.

Daha sonra digər ərzaqları qarışıma əlavə edin və taxta qaşıqla qarışdırın.

Soba listini yağlayın və qəlibə tökün.

120 dərəcədə 30 dəqiqə bişirin.

Kakaolu keks (foto resept)

Kremini hazırlamaq üçün quru ərzaqları qazana əlavə edib qazı yandırın.

Daha sonra içinə süd əlavə edib sürətlə qarışdırın.

Sonra şəkər və vanil əlavə edin.

Krem qaynadıqdan sonra kərə yağı və şokoladları əlavə edib qarışdırın

Kremi bişən keksin üstünə axıtın.

Kakaolu keks (foto resept)

6 fevral 2019
GO BACK