Tərkibi:
1 yarım su st qovrulmuş noxud
1 su st duru yağ
1 su st pudra şəkəri
1 yarım su st un
Hazırlanması:
Qovrulmuş noxudları blenderdən keçirim toz halına salın. Sonra üstünə qalan ərzaqları əlavə edin.
Yoğurun. Sonra xəmirdən qoz biraz daha böyük hissələr qoparın və yağlı kağız sərilmiş soba listinə düzün.
Orta hissəsinə qovrulmuş noxud qoyun 170 dərəcə sobada üstləri qızarana qədər təxminən 15 dəqiqə bişirin.
Tamamilə soyuduqdan sonra servis qabına qoya bilərsiniz.