Qadin.NET / Damla şokoladlı şirniyyat (foto resept)

Damla şokoladlı şirniyyat (foto resept)

 

Tərkibi:

125 qram kərə yağı

2 ədəd yumurta

1 su st pudra şəkəri

Yarım çay qaşığı duz

1 su st damla şokolad

300 qram un

1 paket qabartma tozu

2 paket vanil

 

Hazırlanması:

Otaq istiliyində gözlətdiyiniz kərə yağını dərin qabın içində yaxşıca mikserlə krem halına gətirin.

Sonra yumurtanı əlavə edərək çırpmağa davam edin. Sıra ilə pudra şəkəri, qabartma tozu, vanil əlavə edərək qarışdırın.

Damla şokoladlı şirniyyat (foto resept)

Unu da əlavə edərək xəmir halına gətirin. Son olaraq damla şokoladı əlavə edərək homogen halına salın.

Xəmirin üstünə streçə sarıyın sonra 1 saat saxlayın.

Damla şokoladlı şirniyyat (foto resept)

Xəmirdən yumurta böyüklüyündə parçalar qopardın və yağlı kağız sərili soba listinə düzün.

180 dərəcə sobada 15 dəqiqə xəfif rəng alana qədər bişirin. Yanında soyuq süd və ya isti çayla birlikdə servis edə bilərsiniz.

Damla şokoladlı şirniyyat (foto resept)

 

10 yanvar 2019
GO BACK