Qadin.NET / "Nevzine" şirniyyatı (foto resept)

"Nevzine" şirniyyatı (foto resept)

 

Tərkibi:

 

xəmiri üçün:

125 qram kərə yağı

1 çay st zeytun yağı

4 yemək qaşığı tahini

3 y/q qatıq

1 paket qabartma tozu

1 ç/q sirkə

3,5-4 su st un

1 su st iri çəkilmiş qoz içliyi

 

Şərbət üçün:

1,5 su st toz şəkər

2,5 su st su

2 damla limon suyu

1 çay st doşab

 

üstü üçün:

qaymağlı dondurma

fıstıq

 

Hazırlanması:

İlk şərbəti hazırlamaq üçün qazın üstünə qazan qoyun, şəkərlə suyu qarışdırıb qaynatdıqdan sonra limonu əlavə edin.

Sonra xəmirini hazırlaya bilərsiniz. Kərə yağı, zeytun yağı, tahini, qatıq, qabartma tozu və sirkəni qarışdırmaq üçün bir qaba əlavə edin. Mikserlə qarışdırın. Unu və qozu əlavə edib xəfif sərt xəmir əldə edəcəksiniz.

Xəmiri soba listinin içinə bərabər miqdar yayın.

"Nevzine" şirniyyatı (foto resept)

Düzləşdirib əvvəlcədən isidilmiş 200 dərəcə sobada üstü xəfif qızaran qədər bişirin.

"Nevzine" şirniyyatı (foto resept)

Soyuyan şərbətə doşabı əlavə edi. Soyumuş olan şərbəti isti xəmirin üstünə tökərək, 2-3 dəqiqə gözləyin. Üstünə 1 top qaymağlı dondurma qoyun və fıstıq səpin. 

"Nevzine" şirniyyatı (foto resept)

2 yanvar 2019
GO BACK