Qadin.NET / Padşah piroqu (foto resept)

Padşah piroqu (foto resept)

 

Tərkibi:

4 ədəd yumurta

1 çay st toz şəkər

1.5 su st un

3 y/q isti su

1 paket qabartma tozu

1 paket vanil

 

arası üçün

1 su st süd

1 paket krem şanti

 

Şərbət üçün

3.5 su st su

2.5 su st toz şəkər

1 neçə damla limon suyu

 

Hazırlanması

 Resepti hazırlamağa ilk əvvəl şərbəti hazırlayaraq başlayın. Qazana su və şəkəri əlavə edib qazın üstünə qoyun, sonra limon əlavə edərək soyuması üçün kənara qoyun.

Dərin qabın içində yumurtaların sarısı ilə ağlarını ayrı-ayrı qabları tökün.

Yumurtanın ağ qisminə biraz duz tökün köpüklənə qədər çırpın. 

Sarı qisminə isə şəkər əlavə edərək qarışdırdırın.

Padşah piroqu (foto resept)

Qabdakı yumurta ağını sarı olan qabın içinə əlavə edib qarışdırın.

Ələnmiş unu və qabartma tozunu, vanili əlavə etdikdən sonra yoğurub, soba listini yağlayıb keks xəmirini qoyun.

180 dərəcədə isidilmiş sobada çəhrayiləşənə qədər bişirdikdən sonra sobadan alıb soyumağa qoyun.

Padşah piroqu (foto resept)

Soyuyan keksi ikiyə bölüb, arasına hazırladığınız kremşantini çəkin.

Üst qismini 8 hissəyə böldükdən sonra ortaya fıstıq qoyaraq şərbəti tökün.

Bir neçə saatdan sonra servis edə bilərsiniz.

Padşah piroqu (foto resept)

 

28 dekabr 2018
GO BACK