Qadin.NET / Zəncəfilli şirniyyat (foto resept)

Zəncəfilli şirniyyat (foto resept)

 

Tərkibi:

125 qram marqarin

2/3 su st qəhvəyi şəkər

1 ç/q darçın, toz zəncəfil və toz mixək

1 çimdik duz

2 su st un

1 y/q su

 

Üstü üçün 

Yaşıl və qırmızı şəkər xəmiri

 

Hazırlanması:

Bütün ərzaqları homogen hala gələnə qədər yoğurun. Daha sonra forma vermək üçün soyuducuda yarım saat qədər gözləyin. 

Saxladığınız xəmiri oxlo ilə açın. İstədiyiniz forma qəlibləri xəmirə basın.

Zəncəfilli şirniyyat (foto resept)

Yağlı kağız sərili listə düzün, sonra 180 dərəcə sobada qızarana qədər bişirin. 

Bişib soyuduqdan sonra şəkər xəmiri ilə rəngləndirib servis edə bilərsiniz. 

Zəncəfilli şirniyyat (foto resept)

 

23 dekabr 2018
GO BACK