Qadin.NET / Yarpaq bisküvit (foto resept)

Yarpaq bisküvit (foto resept)

 

Tərkibi:

250 qram otaq istiliyində marqarin

2 çay st pudra şəkəri

1/2 çay st duru yağ

1 ədəd yumurta

2 y/q nişasta

1 ç/q qabartma tozu

1 paket vanil

9 çay st un

 

Hazırlanması

Dərin qabın içinə marqarin, pudra şəkəri, duru yağ və yumurta əlavə edərək qarışdırın.

Marqarinli qarışımın içinə nişasta, vanil və qabartma tozunu da əlavə edin.

Yarpaq bisküvit (foto resept)

Unu yavaş-yavaş əlavə edin. Yoğurduqdan sonra üstünü örtüb yarım saat soyuducuda saxlayın.

Yarpaq bisküvit (foto resept)

Sonra xəmirdən qoz böyüklüyündə hissələr alıb yarpaq formasını verin. Yağlı kağız sərilmiş soba listinə düzün.

180 dərəcədə 15 dəqiqə bişirdikdən sonra servis edə bilərsiniz.

Yarpaq bisküvit (foto resept)
.

27 noyabr 2018
GO BACK