Tərkibi:
1 çay stəkanı əridilmiş marqarin
1 çay st duru yağı
1 su st qatıq
1 ədəd yumurta
1 su st toz şəkər
1 y/q sürtgəcdən keçirilmiş portağa qabığı
1 paket vanil
1 paket qabartma tozu
3 su st un
Üstü üçün
1 ədəd yumurta sarısı
3 y/q toz şəkər
Hazırlanması
Yumurta və toz şəkəri köpük-köpük olana qədər qarışdırın. Daha sonra üstünə ərimiş kərə yağını, duru yağı və qatığı əlavə edin.
Vanil, sürtgəcdən keçirilmiş portağa qabığı, un, qabartma tozunu da əlavə etdikdən sonra xəmir əldə edin.
Xəmirdən qoz böyüklüyündə parçalar alaraq yuvarlayın. Üstünə yumurta sarısı çəkib, toz şəkər səpin. Yağlı kağız sərili soba listinə düzdükdən sonra 180 dərəcədə sobada 15 dəqiqə bişirin.