Qadin.NET / Xurmalı keks (foto resept)

Xurmalı keks (foto resept)

 

Tərkibi:

300 qram xurma

2 su st isti su

1,5 ç/q karbonat

150 qram kərə yağı

1 su st  toz şəkər

3 ədəd yumurta

1,5 su st un

1 paket qabartma tozu

1 ç/q darçın

 

Sous üçün

2 su st toz şəkər

1 su st krem

4 y/q kərə yağı

 

Hazırlanması:

İlk əvvəl isti suyun içində xurmaları isladın. Daha sonra çəyirdəklərini çıxardıb, islatdığınız suyun içində qaynadın.

Xurmaları qazın üstündən götürüb karbonat əlavə edərək 5 dəqiqə saxlayın. Yumşalan xurmaları ayrı qaba qoyub püre halına salın, içinə yumurta və şəkəri əlavə edərək çırpın.

Xurmalı keks (foto resept)

Qalan ərzaqları da içinə əlavə edib, yaxşıca qarışdırdıqdan sonra soba listini yağlayıb içinə tökün.

180 dərəcəlik sobada 40 dəqiqə bişirin. Kek bişərkən sousu hazırlaya bilərsiniz. 

Xurmalı keks (foto resept)

Bişən keksin üstünə sousu tökdükdən sonra dilimləyin.

Soyuduqdan sonra servis edə bilərsiniz.

Xurmalı keks (foto resept)

 

9 noyabr 2018
GO BACK